Bakıda evlərdən oğurluq edən şəxs tutulub

Bakıda evlərdən oğurluq edən şəxs tutulub
# 24 noyabr 2012 08:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı polisi evlərdən oğurluq edən şəxsi həbs edib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsinə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Bağırov noyabrın 21-də tutulub.

Araşdırma zamanı məlum olub ki, o, iyunun 26-da Böyükşor qəsəbəsində yaşayan Əhməd Məmmədovun evindən 210 manat, iyulun 4-də X. Rza küçəsində yaşayan Zamin Dadaşovun evindən pəncərədən keçmə yolu ilə 500 manat, iyulun 7-də həmin küçədə Vəsilə Mirəliyevanın evindən 330 manat, qızıl-zinət əşyaları, PYUA küçəsində yaşayan Nailə İsmayılovanın evindən pəncərədən keçmə yolu ilə 520 manat, qızıl-zinət əşyaları və avqustun 12-də PYUA küçəsində yaşayan Baladadaş İsmayılovun evindən açıq qapıdan keçmə yolu ilə 500 manat oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR