Azərbaycanda aztəminatlı ailələrə pulsuz rəqəmsal dekoderlər veriləcək

Azərbaycanda aztəminatlı ailələrə pulsuz rəqəmsal dekoderlər veriləcək
# 03 dekabr 2012 13:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid layihəsi çərçivəsində aztəminatlı ailələrə dekoderlərin imtiyazlı (havayı) verilməsi nəzərdə tutulub.

APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, artıq 2013-cü ildə bu layihə başa çatdırılacaq və ölkə ərazisində tam rəqəmsal televiziya yayımı təmin olunacaq, analoq yayım dayandırılacaq: “Layihə çərçivəsində aztəminatlı ailələrə dekoderlərin pulsuz verilməsi nəzərdə tutulub. Lakin hələlik bununla bağlı qərar qəbul olunmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR