Macarıstanda səfərdə olan Əli Əhmədov bu ölkə parlamentinin birinci vitse-prezidenti ilə görüşüb

Macarıstanda səfərdə olan Əli Əhmədov bu ölkə parlamentinin birinci vitse-prezidenti ilə görüşüb
# 29 noyabr 2012 11:51 (UTC +04:00)

Bakı – APA. Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi, Azərbaycan Milli Məclisinin deputatı Əli Əhmədov Macarıstan parlamentinin birinci vitse-prezidenti Şandor Lejak ilə görüşüb. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkənin qanunvericilik orqanları arasındakı əlaqənin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin intensiv xarakter alması, beynəlxalq parlament qruplarında qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Milli Məclisdəki Yeni Azərbaycan Partiyası deputat fraksiyası ilə Macarıstan parlamentinin hakim “Fides” fraksiyası arasında əməkdaşlıq barəsində müqavilənin hazırlanması və imzalanması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı iqtisadi mədəni, humanitar, gənclər siyasəti və s. sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə də toxunulub.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Macarıstan Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya idarəsinin rəisi, səfir Erne Keşkeni görüşdə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR