İran prezidenti Pakistana səfər edib

İran prezidenti Pakistana səfər edib
# 16 noyabr 2012 09:24 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Bu gün İran prezidenti Mahmud Əhmədinejad Pakistana səfər edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, səfər Pakistan prezidenti Asif Əli Zərdarinin dəvəti əsasında gerçəkləşib.

Səfər çərçivəsində İran prezidenti noyabrın 22-də paytaxt İslamabad şəhərində keçiriləcək və Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriya kimi müsəlman dövlətlərindən ibarət D8 ölkələrinin zirvə toplantısında iştirak edəcək. Təxminən 1 milyard əhalisi ilə 1 trilyon dollar dəyərində bazara sahib olan bu ölkələr ticarət həcmlərini 2018-ci ilə qədər 500 milyard dollara yüksəltməyi hədəfləyir.

M.Əhmədinejadın pakistanlı həmkarı ilə görüşündə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, xüsusilə İran-Pakistan, “Sülh” təbii qaz kəmərinin reallaşması, Tehran-İslamabad və Məşhəd-Lahor aviareyslərinin açılması, sərhəd bölgəsində dəmir yolu xəttinin inşası, Əfqanıstandakı vəziyyət, Çin-Rusiya əlaqələri əsas müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR