Hamburqda Vitaliy Kliçko polyak Mariuş Vaxaya qalib gəlib

Hamburqda Vitaliy Kliçko polyak Mariuş Vaxaya qalib gəlib
# 11 noyabr 2012 02:10 (UTC +04:00)
Bakı-APA. Hamburqun “O2” arenasında keçirilən 12 raundlu döyüşdə Ukraynalı boksçu Vitaliy Kliçko polyak Mariuş Vaxaya qalib gəlib.
APA-nın verdiyi xəbərə görə, beləliklə Kliçko WBA (Ümumdünya Boks Assosiasiyası), İBF (Beynəlxalq Boks Federasiyası), WBO (Ümumdünya Boks Təşkilatı) və İBO (Beynəlxalq Boks Təşkilatı) versiyaları üzrə ağır və super ağır çəki dərəcəsində çempion titulunu özündə saxlamağa nail olub.
Kliçko döyüşün xal hesabı ilə qalibi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR