İsrail və HƏMAS arasında atəşkəs barədə qərarın qəbul olunması təxirə salınıb

İsrail və HƏMAS arasında atəşkəs barədə qərarın qəbul olunması təxirə salınıb
# 21 noyabr 2012 00:29 (UTC +04:00)

Bakı-APA. İsrail və HƏMAS arasında atəşkəs barədə qərarın qəbul olunması çərşənbə gününə qədər təxirə salınıb.

APA-nın Mayak radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin tərəfi bildirib.

İsrail öz ərazisinin HƏMAS tərəfindən raket atəşinə tutulmaması və Qəzza bölgəsinə silah qaçaqmalçılığına son qoyulması barədə beynəlxalq qarantiya tələb edir.

Qeyd edək ki, İsrail noyabrın 14-dən Qəzza bölgəsində hərbi əməliyyat aparır. İsrail hərbiçilərinin endirdiyi hava zərbələri nəticəsində 120 fələstinli ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR