Azərbaycanda Rumıniyanın milli bayramı ilə əlaqədar tədbir keçirilib

Azərbaycanda Rumıniyanın milli bayramı ilə əlaqədar tədbir keçirilib
# 04 dekabr 2012 21:35 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakıda Rumıniyanın milli bayramı – Birlik günü ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlərin, hərbi attaşelərin, dövlət rəsmilərin və ictimaiyyət nümayəndələrin qatıldığı tədbir ilk öncə Azərbaycanın və Rumıniyanın dövlət himnlərin səsləndirilməsi ilə başlayıb. Ardınca Rumıniyanın Bakıdakı səfiri Daniel Kristian Çobanu çıxış edib. Öz çıxışında səfir ilk öncə ölkənin milli bayramı olan Birlik Günü barədə qonaqlara məlumat verib. Səfir həmçinin xatırladıb ki, bu il Azərbaycan və Rumıniya arasında əlaqələrin qurulmasının 20-ci illiyini qeyd olunur. “İki ölkələrin rəhbərlərin sayəsində əlaqələr inkişaf edib. 2009-cu ildə Strateji əməkdaşlıq üzrə saziş imzalanıb, keçən il isə Birgə fəaliyyət planı imzalanıb. Bu də əməkdaşlığımız üçün böyük töhfə verəcək”.

Ardınca Azərbaycan Sənaye və Energetika naziri Natiq Əliyev çıxış edib. Nazir əvvəlcə Rumıniya səfirini və Rumıniya xalqını Birlik günü münasibəti prezident İlham Əliyev adından təbrik edib, dost Rumıniya xalqına inkişaf, xoşbəxtlik, əmin amanlıq və sülh şəraitində yaşamasını arzu edib. Sonra N.Əliyev iki ölkə arasında olan münasibətlərdən söz açıb. Nazir bildirib ki, Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub və ölkələrimiz arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin 1995-ci ildə bu ölkəyə rəsmi səfəri ilə qoyulduğunu deyib. “Ölkələrimizi tarixi əlaqələr birləşdirir. Rumıniya və Azərbaycanı bir çox amillər birləşdirir. Aktiv siyasi dialoq, qarşılıqlı etimad əlaqələri daha da inkişaf etdirmək üçün yaxşı zamin yaradır. Neft və qaz, nəqliyyat, mədəniyyət sahələrində əlaqələr yüksək səviyyədədir. Biz gələcək əməkdaşlığımızı yüksək qiymətləndiririk və bu əməkdaşlığın perspektivləri var”.

Tədbirdə həmçinin Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişafına töhfələrinə görə, prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan diplomatik akademiyasının rektoru, xarici işlər nazirin müavini Hafiz Paşayev, Azərbaycan dillər universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev Rumıniyanın Xarici İşlər nazirliyinin fəxri diplomları ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR