Ukrayna və Albaniya “Eurovision 2013” təmsilçilərini müəyyənləşdiriblər - FOTO

Ukrayna və Albaniya “Eurovision 2013” təmsilçilərini müəyyənləşdiriblər - <span style="color: red;">FOTO
# 24 dekabr 2012 09:51 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. “Eurovision 2013” mahnı müsabiqəsində iştirak edəcək Ukrayna və Albaniya öz təmsilçilərini seçib. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ukraynanı bu yarışmada Zlata Ognevich təmsil edəcək. Zlata Ognevich həm tamaşaçı, həm də münsiflərin səsverməsi ilə seçilib. Zlata Ognevich müsabiqədə “Gravity” mahnısıyla yarışacaq.

Albaniyanı sözügedən müsabiqədə təmsil etmək hüququnu isə Adrian Lulgjuraj & Bledar Sejko qazanıb. Cütlük Malmö səhnəsində “İdentiet!” mahnısı ilə çıxış edəcək. Ölkə təmsilçisi Këngës” adı altında keçirilən festivalın qalibi olaraq bu müsabiqədə çıxış etmək haqqı qazanıb. Ölkənin milli seçim finalında “Eurovision 2011”in qalibləri Eldar Qasımov və Nigar Camal da qonaq qismində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR