ARDNŞ və BP rəhbərliyi «Azəri-Çıraq-Günəşli» yataqlarında hasilatın sabitləşməsi üçün görülən işlərdən razı qalıblar

ARDNŞ və BP rəhbərliyi «Azəri-Çıraq-Günəşli» yataqlarında hasilatın sabitləşməsi üçün görülən işlərdən razı qalıblar
# 18 dekabr 2012 13:05 (UTC +04:00)

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənilməsi üzrə Rəhbər Komitənin qərarı ilə təşkil edilmiş alt komitənin istər Londonda, istərsə də Bakıda məhsuldar çalışdığını, effektiv tədbirlər görüldüyünü, yataqların qısamüddətli və uzunmüddətli işlənilməsi planlarının hazırlandığını qeyd edib.

R.Dadli isə ötən üç ayda AÇG blokunda hasilatının sabitləşdirilməsi məqsədi ilə görülmüş işləri müsbət qiymətləndirib, göstərilən dəstəyə və köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

ARDNŞ prezidenti R.Abdullayev BP şirkətinin qısa müddətdə geologiya, qazma, hasilat və digər sahələr üzrə yüksək səviyyəli menecmentinin «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda hasilatın sabitləşdirilməsi məqsədi ilə Bakıya göndərilməsindən razılıq edərək bildirib ki, görülən işlər ARDNŞ, BP və digər layihə iştirakçılarının sıx əməkdaşlığı və gərgin səyləri nəticəsində qısa müddətdə işlənilmədə sabitlik qazanılacağına əminlik yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR