Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun qəbul edib

Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun qəbul edib
# 23 dekabr 2012 02:14 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA.Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qanunun qəbul edilməsinə 80 deputat səs verib. Qeyd edək ki, qanun mətbuatda dərc olunduqdan sonra qüvvəyə minəcək.

“Amnistiya haqqında” qanun Gürcüstan CM-nin bir sıra maddələrinə əsasən cəza çəkən məhkumların azad olunmasına baxacaq. Amnistiya qadınlara, yeniyetmələrə, eyni zamanda maliyyə və iqtisadi cinayətlər törədən məhkumlara da aid olacaq. Amnistiyaya narkotik çəkmək və yüngül xəsarət üstündə həbs olunanlar da düşəcək. Qanunda cəza çəkən məhbusların cəza müddətinin azaldılması da nəzərdə tutulub. Amnistiya insan ölumünə səbəb olan cinayətkarlara aid deyil. Məlumata görə, qanuna görə siyasi status alanlar və siyasi motivlərlə həbs olunanlar da azadlığa buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR