Bakıda Azərbaycan fond bazarı üzrə qanunvericiliyin AB standartlarına uyğunlaşdırılması ilə bağlı layihənin təqdimatı keçirilib - YENİLƏNİB

Bakıda Azərbaycan fond bazarı üzrə qanunvericiliyin AB standartlarına uyğunlaşdırılması ilə bağlı layihənin təqdimatı keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 22 noyabr 2012 07:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Azərbaycanın qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa Birliyinin (AB) qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) institusional inkişafı» Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.


«APA-Economics»in məlumatına görə, AB tərəfindən maliyyələşdirilən bu layihə Polşa Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçiriləcək. Layihənin maliyyələşdirilməsi üçün AB tərəfindən 1 mln. avro məbləğində qrant ayrılıb.

Tədbirdə çıxış edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının sözlərinə görə, dünya iqtisadiyyatında son bir illər davam edən mürəkkəb proseslər cəmiyyətin yeni sosial-iqtisadi mühitdə optimal davranış modelinin müəyyən edilməsini şərtləndirir. «İqtisadi dairələrin «növbəti standart» adlandırdığı bu mühitdə maliyyə bazarlarının fəaliyyəti və tənzimlənməsinin yeni paradiqmasının formalaşdırılması zərurəti çox qabarıq formada özünü büruzə verir. Bununla əlaqədar, aparıcı iqtisadiyyatların, beynəlxalq maliyyə təşkilatlarının və akademik dairələrin qoşulduğu müzakirələrdə hələ ki, hərtərəfli konsensusa nail olunduğunu demək çətin olsa da, bu debatların ümumi ilkin nəticələri gec də olsa formalaşmaqdadır. Ənənəvi olaraq çeviklik xarakterinə malik biznes isə yeni rejimdə fəaliyyətə uyğunlaşıb. Son proseslər göstərdi ki, texnologiyanın sürətli inkişafı, maliyyə innovasiyalarının geniş tətbiqi və kapital bazarlarının qlobal inteqrasiyası şəraitində maliyyə institutları, o cümlədən tənzimləyicilər arasında səmərəli əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi kritik önəm daşıyır. Bu çağırışlar müstəqilliyin 3-cü dekadasında cəmiyyət həyatının bütün sahələrində olduğu kimi maliyyə sektorunda da beynəlxalq standartlara tam uyğunlaşdırmanı hədəfləyən Azərbaycan iqtisadiyyatından kənar deyil», - deyə R.Aslanlı vurğulayıb.

QKDK sədri xatırladıb ki, ötən ilin may ayında ölkə prezidenti tərəfindən təsdiqlənmiş Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı (2011-2020-ci illər) növbəti 10 il ərzində Azərbaycan kapital bazarlarının ən qabaqcıl beynəlxalq təcrübə, o cümlədən yeni norma və prinsiplər əsasında dərin islahatını nəzərdə tutur: «Bu islahatlar nəticəsində ölkənin qiymətli kağızlar bazarı iqtisadi subyektlərin, xüsusilə də qeyri-neft sektorunun asan, etibarlı və uzunmüddətli sərmayə mənbəyinə çevriləcək. Əlbəttə ki, bazar iqtisadiyyatı şəraitində istənilən islahat gündəliyi özündə hüquqi münasibətlər sistemində də dəyişiklikləri ehtiva etməlidir. Məhz bu baxımdan, təsdiq edilmiş Dövlət Proqramı qiymətli kağızlar bazarının normativ hüquqi bazasının təkmilləşdirilməsi və onun tətbiqi sahəsində peşəkar hazırlığın yüksəldilməsini də hədəfləyir».

R.Aslanlı bildirib ki, ötən dövr ərzində Azərbaycan bu sahədə AB-nin təqdim etdiyi texniki dəstək alətlərindən geniş istifadə edib. QKDK 2009-2011-ci illərdə TACIS layihəsinin, son iki ildə isə qısamüddətli TAIEX alətinin ən aktiv benefisiarı olub. «Bu gün hökumətdə müzakirə edilməkdə olan «Qiymətli kağızlar bazarı haqqında» yeni qanun layihəsinin hazırlanmasında da Avropa Birliyinin təcrübəsindən və dəstəyindən geniş istifadə edilib. Təbii ki, əsas qanunvericiliklə yanaşı, tətbiq xarakterli normativ bazanın gücləndirilməsi də diqqətdən kənarda qala bilməz. Bu baxımdan, AB qanunvericiliyinin əsas müddəalarını özündə əks etdirən təkmil qanunvericilik bazasına malik Polşa ilə təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir».

Komitə sədri həmçinin xatırladıb ki, 2007-ci ilin mayında Bakı və Varşava fond birjaları arasında, cari ilin oktyabrında isə Milli Depozit Mərkəzi ilə Polşa Qiymətli Kağızlar üzrə Milli Depozitarı arasında informasiya mübadiləsi və əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR