Xəzərdə batma təhlükəsi ilə üzləşən iki balıqçı xilas edilib

Xəzərdə batma təhlükəsi ilə üzləşən iki balıqçı xilas edilib
# 12 noyabr 2012 15:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xəzərin Azərbaycan sektorunda batma təhlükəsi ilə üzləşən iki balıqçı xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində Daşgil adlanan sahədə 2 nəfər balıqçının havanın küləkli və dənizin dalğalı olması səbəbindən sahildən, təqribən, 2 km dənizə doğru köhnə, istifadəsiz estakadalar üzərində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə rayonuna cəlb olunub. Keçirilmiş xilasetmə əməliyyatı nəticəsində hər iki balıqçı xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR