Bu il Azərbaycanla Belarus arasında 130-a yaxın qarşılıqlı rəsmi səfər gerçəkləşdirilib - FOTO

Bu il Azərbaycanla Belarus arasında 130-a yaxın qarşılıqlı rəsmi səfər gerçəkləşdirilib   - <span style="color: red;">FOTO
# 20 noyabr 2012 10:05 (UTC +04:00)

APA-nın məlumatına görə, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə dinamik inkişaf etdiyini deyib. Onun sözlərinə görə, bu il iki ölkə arasında 130-a yaxın rəsmi səfər gerçəkləşdirilib ki, bu da ikitərəfli əlaqələrin inkişafına ciddi impuls verib.

Səfir qeyd edib ki, 2011-ci ilin yekunlarına görə, qeyri-neft məhsullarının dövriyyəsi 209,4 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 143 faiz artıqdır. 2012-ci ilin sonuna kimi bu rəqəmin daha 20 faiz artacağı gözlənilir. Nikolay Patskeviç Azərbaycandan Belarusa ixracın həcminin Belarusdan ölkəmizə olan ixracın həcminin üstələdiyini deyib. Bu ilin doqquz ayı ərzində Azərbaycandan Belarusa mal ixracının həcmi 27 faiz artıb. Səfir gələn il Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini vurğulayıb.

“Gələn ilin Belarus-Azərbaycan əməkdaşlığı baxımından məhsuldar il olacağı gözlənilir. 2013-cü il iyulun 13-də iki ölkə arasında diplomatik münasibətlər qurulmasının 20 ili tamam olur. Bununla əlaqədar Azərbaycanda Belarus Mədəniyyət Günlərinin keçirilməsi, səfirliyimizin yeni binasının açılışı, xüsusi poçt markasının, İlk Gün zərfinin və xüsusi möhürün buraxılması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR