Azərbaycanda vergi cinayəti törətmiş 29 şəxs beynəlxalq axtarışdadır

Azərbaycanda vergi cinayəti törətmiş 29 şəxs beynəlxalq axtarışdadır
# 22 noyabr 2012 11:21 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov bu gün KİV nümayəndələri üçün təşkil olunmuş «Açıq qapı» günündə bildirib.

Onun sözlərinə görə, vergi cinayətləri törədənlərin ölkə daxilində axtarışı uğurla və müxtəlif dövlət orqanları ilə əməkdaşlıq şəraitində aparılır: «Nəticədə, ölkə daxilində belə şəxslərin hamısı tapılıb».

V.Məmmədov bildirib ki, indiyədək Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin apardığı işlər nəticəsində 108 mln. manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib: «Bunun 41,8 mln. manatı 2011-ci ildə, bu gün, yəni noyabrın 22-nə olan müddətdə isə 10 mln. manatdan artıq vəsait ödənilib. V.Məmmədov qeyd edib ki, ümumilikdə, hazırda araşdırılan vergi cinayətləri üzrə büdcədən yayındırılan məbləğ 180 mln. manat təşkil edir ki, dövlət büdcəsinin gəlirlər hissəsi ilə müqayisədə bu MDB ölkələri arasında ən aşağı göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR