İran, Misir və Türkiyə xarici işlər nazirlərinin Suriya toplantısının formatında dəyişiklik edilib

İran, Misir və Türkiyə xarici işlər nazirlərinin Suriya toplantısının formatında dəyişiklik edilib
# 22 noyabr 2012 10:59 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Bu gün Pakistanın paytaxtı İslamabad şəhərində İran, Misir və Türkiyə xarici işlər nazirlərinin Suriyadakı böhranın həlli məqsədilə növbəti görüşü keçirilib.

APA-nın İRİB-ə itinadən məlumatına görə, Qahirə və Nyu-Yorkda baş tutan görüşdən fərqli olaraq, budəfəki toplantının formatı dəyişdirilib.

Yığıncaqda Pakistan və İndoneziyanın da xarici işlər nazirləri iştirak edib və Suriyadakı böhranın aradan qaldırılması üçün öz mövqelərini bildiriblər. Sonda məsələnin noyabrın 22-də öz işinə başlayacaq “D-8” ölkələrinin liderlərinin zirvə toplantısında da müzakirəyə çıxarılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR