Rövşən Rzayev: “Söyün Sadıqov kimilər Azərbaycanın taleyüklü məsələsini müzakirə edə bilməz”

Rövşən Rzayev: “Söyün Sadıqov kimilər Azərbaycanın taleyüklü məsələsini müzakirə edə bilməz”
# 13 noyabr 2012 09:39 (UTC +04:00)

Bakı. Pərvin Abbasov - APA. “Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının erməni icması, yaxud Dağlıq Qarabağ məsələsi ilə məşğul olmağa heç bir mənəvi haqqı yoxdur. Söyün Sadıqov kimilər bu gün belə danışıqlar apara və ermənilərlə üzbəüz oturub Azərbaycanın taleyüklü məsələsini müzakirə edə bilməz”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “Dağlıq Qarabağ azərbaycanlıları icması” İctimai Birliyi İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

O bildirib ki, hazırda Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında görüşün keçirilməsi istiqamətində iş aparılır: “Ancaq bu görüşün vaxtı dəqiq deyil. Görüşdə iki icma arasında itirilmiş əlaqələr, inam və etimadın bərpa edilməsi, gələcəkdə birgə yaşayış forması müzakirə predmeti olacaq. Sadəcə, Ermənistanın bugünkü prezidenti Serj Sərkisyan bu görüşün baş tutmasında maraqlı deyil”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR