Qəbələ şəhərinin inzibati ərazisi genişləndirilir

Qəbələ şəhərinin inzibati ərazisi genişləndirilir
# 13 noyabr 2012 09:23 (UTC +04:00)

Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, Komitə sədri Arif Rəhimzadənin sədrliyi ilə keçirilən iclasda Qəbələ şəhərinin inzibati ərazisinin genişləndirilməsi məsələsi müzakirə olunub.

Komitə “Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirə edib. A. Rəhimzadə bildirib ki, Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən 144,97 hektar (bunun 22,7 ha dövlət mülkiyyəti, 112,39 ha bələdiyyə mülkiyyəti, 9,88 ha xüsusi mülkiyyətindədir), eləcə də Qəbələ şəhərinə bitişik, dövlət mülkiyyətində olan 1950,35 hektar torpaq sahəsinin Qəbələ şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.

Komitə sədrinin müavini Fəttah Heydərov deyib ki, “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq respublikanın hər yerində olduğu kimi, Qəbələ rayonunda da tikinti-quruculuq işlər geniş vüsət alıb: “Qəbələdə yeni infrastruktur layihələri həyata keçirilir. Bu gün Qəbələ turizm bölgəsi kimi təkcə respublika əhalisinin deyil, regionun və dünyanın diqqət mərkəzindədir”.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR