Azərbaycan ərazisində hava şəraitinin mülayim keçməsinin səbəbləri açıqlanıb

Azərbaycan ərazisində hava şəraitinin mülayim keçməsinin səbəbləri açıqlanıb
# 29 noyabr 2012 08:30 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Ölkə ərazisində hava şəraitinin mülayim keçməsinin səbəbləri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya bildirib ki, belə hava şəraiti noyabrın sonu-dekabrın ilk günləri üçün bir qədər mülayimdir: “Hazırda Azərbaycan ərazisi nisbətən yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında yerləşir. Bununla yanaşı, hazırda bütün Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazisi İran və İraq ərazisindən gələn nisbətən mülayim hava cərəyanlarının təsiri altındadır. Belə sinoptik şərait temperaturun bir qədər yüksəlməsinə səbəb olur”.

U. Tağıyeva deyib ki, Azərbaycan ərazisində dünən müşahidə olunan temperatur çoxillik iqlim normasından 3,5 dərəcəyədək yüksəkdir. Yaxın günlər ərzində də ölkə ərazisində iqlim şəraitində mühüm dəyişiklik gözlənilmir: “Noyabrın sonu və dekabrın ilk günlərində nisbətən sabit, əsasən mülayim hava şəraiti davam edəcək. Havanın temperaturu normadan bir qədər yüksək olacaq. Bu fərq 2-4 dərəcə təşkil edəcək. Yaxın 2-3 gün ərzində ölkə ərazisində yağıntılar demək olar ki, gözlənilmir. Əsasən cənub istiqamətli mülayim külək müşahidə olunacaq. Abşeron yarımadasında havanın temperaturu 13-18 dərəcə intervalında dəyişəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR