Pakistan prezidenti İrana səfər edəcək

Pakistan prezidenti İrana səfər edəcək
# 04 dekabr 2012 09:18 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Pakistan prezidenti Asif Əli Zərdari İrana səfər edəcək. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə Pakistan Prezident Administrasiyasının mətbuat katibi Fərhatullah Babər açıqlama verib.

Onun sözlərinə görə, səfər dekabrın 7-də baş tutacaq. Səfər çərçivəsində Pakistan prezidenti iranlı həmkarı Mahmud Əhmədinejad və digər ölkə rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər, eyni zamanda “Sülh” təbii qaz kəməri ilə bağlı fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR