Azərbaycanda ilk regional radiostansiya açılması üçün elan edilən müsabiqəyə sənəd verənlərin adı açıqlanıb

Azərbaycanda ilk regional radiostansiya açılması üçün elan edilən müsabiqəyə sənəd verənlərin adı açıqlanıb
# 23 noyabr 2012 08:29 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, müsabiqəyə 3 regional televiziya sənəd verib. Bunlar Gəncədə yerləşən “Kəpəz TV”, Yevlaxda yerləşən “El TV” və Tovuzda yerləşən “Türkel TV”-dir. T. Məmmədov bildirib ki, qanunvericilik regional televiziyalara regional radio üçün elan edilən müsabiqədə iştirak etmək hüququnu verir.

Qeyd edək ki, müsabiqənin nəticələri sənəd qəbulu başa çatandan sonra keçən 1 ay ərzində - dekabrın 22-dək elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR