Bakıda  oğurluq edən şəxslər həbs edilib

Bakıda  oğurluq edən şəxslər həbs edilib
# 07 dekabr 2012 09:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov- APA. Bakıda oğurluq edən şəxslər həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 31-nə keçən gecə S.Vurğun küçəsində yaşayan Azər Babayevə məxsus, yaşadığı ünvanda yerləşən mağazadan dəmir barmaqlıqları sındırma yolu ilə ərzaq malları oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Məhərrəm Rzayev və Şahin Mahmudov dekabrın 4-də tutulub.

Araşdırmalar zamanı məlum olub ki, Ş.Mahmudov və M.Rzayev Qaraçuxur qəsəbə sakini Azər Qurbanovla birgə rayon ərazisində daha bir neçə oğurluq əməli törədiblər. Onlar iyunun 19-na keçən gecə 1 may küçəsində yerləşən, İsmayıl Məmmədova məxsus marketdən pəncərədən keçmə yolu ilə 200 manat və danışıq kartları, avqustun 21-nə keçən gecə I Zabrat qəsəbəsində yerləşən 4 saylı Qaz İstismar Sahəsinin smart kart ödəniş şöbəsindən pəncərənin dəmir barmaqlığını sındırma yolu ilə 1864 manat, noutbuk, data kart və möhür, sentyabrın 2-nə keçən gecə Şuşa şəhərciyində yaşayan Niyaz Məmmədova məxsus, həmin ünvanda yerləşən mağazadan qapını sındırma yolu ilə ərzaq malları, sentyabrın 7-nə keçən gecə Ramana qəsəbəsi 45-ci məhəllədə yerləşən, Cəsarət Süleymanova məxsus mağazadan qapının qıfılını sındırma yolu ilə 300 manat və tütün məmulatları, sentyabrın 11-nə keçən gecə isə Şuşa şəhərciyində yerləşən, Rövşən Abdullayevə məxsus mağazadan geyim və ərzaq malları oğurlayıblar.

Bundan başqa, noyabrın 7-nə keçən gecə I Zabrat qəsəbəsində yerləşən, Namiq İbrahimova məxsus mağazanı və noyabrın 10-da Nizami küçəsində yaşayan Ceyran Yarəhmədovanın evini qarət ediblər. Əməliyyat tədbirləri nəticəsində oğurluqlarda şübhəli bilinən üçüncü şəxs - Azər Qurbanov dekabrın 6-da tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR