Gələn il Azərbaycanın nəqliyyat sektorunda 7% artım gözlənilir

Gələn il Azərbaycanın nəqliyyat sektorunda 7% artım gözlənilir
# 13 noyabr 2012 13:13 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanın nəqliyyat sektorunda 6,9%, növbəti 3 ildə isə orta illik 6% artım proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.


«Nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin reallaşdırılması, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TRACECA və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində avtomobil yollarının tikintisi və yenidən qurulması, beynəlxalq hava və dəniz limanlarının istifadəyə verilməsi ortamüddətli dövrdə nəqliyyat sektorunun artımını sürətləndirəcək», - deyə Ş.Mustafayev bildirib.


Nazir onu da qeyd edib ki, 2013-2016-cı illər ərzində maşınqayırma sənayesi orta hesabla 7,3%, ölkədə gəmiqayırma zavodunun fəaliyyətə başlaması hesabına nəqliyyat vasitələrinin istehsalının isə orta hesabla 30,9% artacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR