Əli Əhmədov Serbiya baş nazirinin müavini ilə görüşüb

Əli Əhmədov Serbiya baş nazirinin müavini ilə görüşüb
# 26 noyabr 2012 15:16 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Serbiyanın baş nazirinin müavini Rasim Lyayiçi qəbul edib.

APA-nın məlumatına görə, Ə. Əhmədov iki ölkə arasındakı əlaqələrdən danışaraq bu prosesin yüksələn xətt üzrə inkişaf etdiyini deyib. YAP sədrinin müavini təmsil etdiyi qurumla hakimiyyətdə olan Serbiya Demokratik Partiyası ilə əməkdaşlığa da toxunub. Onun sözlərinə görə, ölkələr arasındakı əlaqələrlə yanaşı bu iki partiya arasında da işgüzar münasibətlərə söykənən dostluq münasibətləri mövcuddur.

Serbiyalı qonaq isə Azərbaycana səfərindən məmnun olduğunu, burda olduğu müddətdə Azərbaycanın hökumət və dövlət rəsmiləri ilə görüşlər keçirdiyini diqqətə çatdırıb. R. Lyayliç görüş zamanı iki ölkə arasındakı mövcud əlaqələrin səviyyəsi, inkişaf etməsi mümkün olan sahələrin mövcudluğu və dostluq münasibətlərinin genişləndirilməsinin əhəmiyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR