Şirvanda yaşayış evində partlayış baş verib, hakim və həyat yoldaşı xəsarət alıb - FOTO

Şirvanda yaşayış evində partlayış baş verib, hakim və həyat yoldaşı xəsarət alıb   - <span style="color: red;">FOTO
# 26 noyabr 2012 16:21 (UTC +04:00)

Şirvan şəhər xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Şirvan şəhəri M.Rəsulzadə küçəsi, bina 13, mənzil 8-də qaz sızmasından baş verən partlayış zamanı Şirvan şəhər birinci instansiya məhkəməsinin hakimi, 1963-cü il təvəllüdlü Ələddin Tofiq oğlu Məcidov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Təranə Sabir qızı Məcidova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar bədənin termik yanığı diaqnozu ilə əvvəlcə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və daha sonra isə Bakıya yanıq mərkəzinə yerləşdiriliblər.

Həkimlər hakimin vəziyyətinin nisbətən stabil olduğunu bildirsələr də, onun həyat yoldaşının vəziyyətini ağır kimi qiymətləndirirlər. Partlayış nəticəsində ümumi sahəsi 40 kv. m olan ikiotaqlı mənzilin eyvanının şüşələri sınsa da, mənzildə yanğın baş verməyib. Partlayışa səbəb qaz sızması olub.


Faktla bağlı əlaqədar qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR