«Azərikimya»nın əməkdaşlarına peşə sertifikatları təqdim olunub - FOTO

«Azərikimya»nın əməkdaşlarına peşə sertifikatları təqdim olunub   - <span style="color: red;">FOTO
# 14 dekabr 2012 07:57 (UTC +04:00)

Bakı – APA-Economics. ARDNŞ-in Təlim-tədris və sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində «Azərikimya» İB-nin ikinci peşə kursunu bitirmiş bir qrup əməkdaşına qazla kəsmə peşəsi üzrə sertifikatların təqdim olunma mərasimi keçirilib.

«Azərikimya» İB-nin Etilen-Polietilen Zavodu və Təmir-tikinti İdarəsinin 15 əmək­daşı Təlim-Tədris Mərkəzində təşkil olunmuş bir aylıq ikinci peşə kursunda iştirak edərək, Birlik müəssisələrində daha çox ehtiyac duyulan «qazkəsici» ixtisasına yiyə­lənib. Respublikanın bu sahə üzrə yüksək ixtisaslı mütəxəssisləri tərəfindən hə­yata keçiri­lən praktik təlimlərdən, sınaq-yoxlama işlərindən və test imtahanlarından sonra kursu bitirənlərə beynəlxalq statusa malik sertifikatların verilməsi qərara alın­ıb.

Sumqayıt Təlim-Tədris Mərkəzində keçirilən təqdimetmə mərasimində «Azərikim­ya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və Təlim-tədris və sertifikatlaş­dırma İdarəsinin rəisi Fuad Süleymanov çıxış edərək, yeni peşəyə nail olmuş kimya­çıları təbrik ediblər.

Sumqayıt Təlim-Tədris Mərkəzində hər il «Azərikimya» İB-nin tələbatına uyğun ola­raq təxminən 500 nəfər kimyaçının beynəlxalq standartlara cavab verən ixtisas­artırma və ikinci peşə kurslarında iştirak etməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR