Hüquq müdafiəçiləri əfvlə bağlı prezident İlham Əliyevə müraciət ediblər

Hüquq müdafiəçiləri əfvlə bağlı prezident İlham Əliyevə müraciət ediblər
# 13 dekabr 2012 08:54 (UTC +04:00)

Bu barədə APA-ya qrup üzvü Səidə Qocamanlı məlumat verib.

Hüquq müdafiəçisi deyib ki, müraciətdə Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanmasının ənənəyə döndüyü qeyd olunub: “Biz sizdən xahiş edirik ki, qarşıdan gələn bayramlar ərəfəsində bu ənənəyə sadiq qalıb əfv sərəncamı imzalayasınız ” .

S. Qocamanlı məktubda Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsinin, “Tolışi-sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun, cəzasının böyük hissəsini çəkmiş xəstə məhkumların və Monitorinq Qrupu üzvləri tərəfindən hazırlanan siyahıda adları olan şəxslərin azadlığa buraxılmasının xahiş olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR