Bakıda Ümumdünya Diabet Gününə həsr edilmiş konfrans keçirilib

Bakıda Ümumdünya Diabet Gününə həsr edilmiş konfrans keçirilib
# 14 noyabr 2012 13:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin (REM) təşkilatçılığı ilə Ümumdünya Diabet Gününə həsr edilmiş konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə REM-in direktoru Rauf Cabbarov, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva və bu sahənin mütəxəssisləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva Azərbaycanda şəkərli diabetlə bağlı görülən işlər barədə məlumat verib. O bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycan da bu problemdən kənarda qalmayıb. E. Əliyevanın sözlərinə görə, Azərbaycan qanunvericiliyində bu məsələ öz əksini tapıb və Səhiyyə Nazirliyi bununla bağlı önəmli addımlar atıb. Belə ki, 2005-2009-cu illər üçün “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilib, “Diabet məktəblərinin” yaradılması və inkişafı barədə sərəncam imzalanıb. Bundan əlavə, “2011-2015-ci illər üçün Şəkərli diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib və bu istiqamətdə mühüm işlər görülüb.

REM-in direktor müavini Yeganə Sultanova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə uyğun olaraq 1991-ci ildən etibarən 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd edilir. Onun sözlərinə görə, 2009-2013-cü illər üçün diabet gününün 5 illik kampaniyası “Diabetin təlimi və qarşısının alınması” mövzusunda təşkil olunur. Y.Sultanova bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verib və dəqiq statistikanı açıqlayıb.

REM-nin direktoru Rauf Cabbarov, bu sahə üzrə mütəxəssislər də mövcud problemlərdən danışıb. Mövzu ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR