İran və Misir prezidentləri arasında telefon danışığı olub

İran və Misir prezidentləri arasında telefon danışığı olub
# 26 dekabr 2012 08:07 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran və Misir prezidentləri arasında telefon danışığı olub. APA-nın İRİB-ə istinadən məlumatına görə, Mahmud Əhmədinejad həmkarı Məhəmməd Mursi ilə telefon danışığı zamanı Misirin yeni konstitusiyası ilə bağlı referendumun uğurlu keçirilməsi münasibətilə hökuməti və xalqı təbrik edib.

“Əminəm ki, Misir xalqı yeni dövrdə sürətlə zirvələrə doğru yüksələcək. İran və Misirin iki dost və qardaş xalqları inkişaf yolunda bir-birinin yanında olacaq. İran xalqı sizin və Misir xalqının bu yolda uğur qazanmağınız üçün heç bir əməkdaşlıqdan çəkinməyəcək, sizə daima dəstək verəcək” – deyə İran prezidenti bildirib.

M.Mursi isə öz növbəsində M.Əhmədinejada təşəkkürünü bildirərək, İran və Misirin əməkdaşlıq sayəsində sürətlə inkişaf etməsinin mümkünlüyünü vurğulayıb: “Bu baxımdan iki xalqın əməkdaşlığı və bir-birinə yaxınlığı çox önəmlidir. Misir rəhbərliyi və xalqı öz inkişafı yolunda İrana xüsusi diqqət ayırıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR