Sülhəddin Əkbər: “Məşvərət Məclisinin prezident seçkilərinə vahid namizədlə qatılacağını istisna etmək olmaz”

Sülhəddin Əkbər: “Məşvərət Məclisinin prezident seçkilərinə vahid namizədlə qatılacağını istisna etmək olmaz”
# 22 noyabr 2012 10:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Məşvərət Məclisinin prezident seçkilərinə vahid namizədlə qatılması məsələsi vaxtı gələndə müzakirə oluna bilər”.

Bu açıqlamanı APA-ya Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər verib. O, qeyd edib ki, hal-hazırda bu mövzunun müzakirəsi aktual deyil, lakin DQMM seçkiqabağı demokratik mühitin yaradılmasına nail olarsa, prezident seçkilərində vahid namizədlə çıxış etməsi müzakirə obyekti ola bilər: “Məşvərət Məclisinin əsasnaməsinə görə, seçkilərdə birgə iştirak nəzərdə tutulmayıb. Gələcəkdə qurumda münasibətlər dərinləşərsə, belə qərar verilərsə, təbii ki, bizim seçkilərdə vahid namizədlə çıxış etməyimizi istisna etmək olmaz”.

DQMM üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc isə APA-ya bildirib ki, hal-hazırda bu mövzunun müzakirəsi real görünmür: “Əgər əməkdaşlığımız dərinləşərsə, qurumun vahid komanda, vahid namizəd məsələsi də sonrakı mərhələlərdə gündəmə gələ bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR