Gürcüstan müxalifəti parlamentdə fəaliyyətini dayandırıb

Gürcüstan müxalifəti parlamentdə fəaliyyətini dayandırıb
# 20 dekabr 2012 09:20 (UTC +04:00)

Vahid Milli Hərəkatın bəyanatında deyilir ki, son günlər ölkədə yeni siyasi reallığın yarandığını göstərən bir neçə hadisə baş verib: “Ölkə demokratiyanın bitdiyi, fərqli siyasi baxışlara malik insanların təqib olunması və məhv edilməsinin başlandığı bir mərhələyə qədəm qoyub. Hökumət qaydasız döyüş elan edib. Biz parlamentdə “fasad demokratiyası”nın yaranmasında iştirak edə bilmərik və parlamentin öz fəaliyyətini dayandırmasını məqsədəuyğun sayırıq”.

Hazırda Vahid Milli Hərəkat Partiyası siyasi mübarizəni hansı forma və metodlarla aparmağı müzakirə edir.

Qeyd edək ki, Gürcüstanda sabiq maliyyə və energetika naziri Aleksandr Xetaquri, sabiq təhsil və ədliyyə naziri, hazırda “Rustavi-2” telekanalının baş direktoru olan Nika Qvaramiya, iqtisadiyyat nazirinin keçmiş müavini Kaxa Dameniya, “Telasi” Səhmdar Cəmiyyətinin baş direktoru Devi Kandelaki və şirkətin daha iki sabiq əməkdaşı həbs olunub. Onlar mövcud olmayan bir şirkətin hesabına 1 milyon dollar köçürməkdə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR