Dünya Bankı Azərbaycana pensiya təminatı sisteminin islahatı ilə bağlı yeni konsepsiyanın işlənməsində dəstək verəcək - FOTO

Dünya Bankı Azərbaycana pensiya təminatı sisteminin islahatı ilə bağlı yeni konsepsiyanın işlənməsində dəstək verəcək   - <span style="color: red;">FOTO
# 21 dekabr 2012 11:19 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşşenko və Dünya Bankının eksperti xanım Anjela Priqojina ilə görüş keçirilib.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Fondun fəaliyyəti barədə məlumat verən DSMF sədri Səlim Müslümov bildirib ki, ötən müddət ərzində Fondun qurumlarının 87%-i avtomatlaşdırılmış iş yerləri ilə təmin edilib və hazırda Fondun mərkəzi informasiya bazasında 1,272 mln. nəfər pensiyaçı və 2,1 mln. nəfərdən çox sığortaolunan barədə məlumatlar toplanıb.

Fondun sədri sığorta-pensiya sisteminin növbəti illərdə texniki, institusional təkmilləşmə və maliyyə dayanıqlığı baxımından inkişaf istiqamətləri barədə məlumat verib.

L.Leşşenko Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək qiymətləndirib. O, təmsil etdiyi qurumun Fondla növbəti illərdə də əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu, həmçinin yeni pensiya təminatı sisteminin islahatı konsepsiyasının işlənib hazırlanması prosesinin Dünya Bankı tərəfindən dəstəkləndiyini bildirib.

A.Priqojina sığorta-pensiya sisteminin növbəti inkişaf mərhələsinin yalnız sosial məsələləri deyil, həm də maliyyə xarakterli elementləri əhatə etməli olduğunu qeyd edib. Bu istiqamətdə Dünya Bankının mütəxəssislərinin böyük təcrübəyə malik olduqlarını və Azərbaycanın da bu təcrübədən yararlana biləcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR