Azərbaycanda siyasi partiyaların mühasibləri üçün treninq keçiriləcək

Azərbaycanda siyasi partiyaların mühasibləri üçün treninq keçiriləcək
# 26 noyabr 2012 11:44 (UTC +04:00)

Burada məqsəd siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və Maliyyə Nazirliyinə təqdim edilməsi zərurətidir. Xatırladaq ki, Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli qərarı ilə «Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası» təsdiq edilib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, analoji addım «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»nın ilkin tətbiqi zamanı da atılıb. Belə ki, QHT-lərin hesabatların tərtibi ilə bağlı qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün həmin təşkilatlara Maliyyə Nazirliyinin xüsusi hazırladığı təlimçilər tərəfindən müvafiq təlimlər keçirilib.

Qeyd edək ki, «Mühasibat uçotu haqqında» qanuna uyğun olaraq, siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR