Azərbaycan prezidenti Koreyanın yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan prezidenti Koreyanın yeni seçilmiş prezidentini təbrik edib
# 21 dekabr 2012 14:40 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş prezidenti, xanım Pak Kın Heyə təbrik məktubu göndərib. APA-nın məlumatıma görə, məktubda deyilir: “Koreya prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı münasibətlər müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm. Fürsətdən istifadə edərək, Yeni il münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR