Suriyada hökumət qoşunları üsyançılara qarşı “SKAD” ballistik raketlərdən istifadə etdiyi bildirilir

Suriyada hökumət qoşunları üsyançılara qarşı “SKAD” ballistik raketlərdən istifadə etdiyi bildirilir
# 13 dekabr 2012 01:45 (UTC +04:00)

Bakı-APA. ABŞ hökumətindəki anonim mənbələr Suriyada hökumət qoşunlarının müxalifətçilərə qarşı “SKAD” raketləri istifadə etdiyini iddia edirlər. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi məlumata görə, Suriya ordusu “SKAD” raketlərindən paytaxtdan ölkənin şimal ərazisinə zərbələr endirərkən istifadə edib.

Adları çəkilməyən hökumət mənbələri həmçinin bildiriblər ki, raketlər, çox ehtimal ki, kimyəvi silahla təchiz olunmayıb. ABŞ ümumilikdə, altıdan çox “SKAD” raketi buraxıldığı güman edir.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland Suriya ordusunun raket istifadə etdiyini təsdiqləyib, lakin raketlərin növünü dəqiqləşdirməyib.

“SKAD” – mayeli, birpilləli ballistik raket növüdür. ABŞ və NATO-nun təsnifatında daha çox “SS-1” adı altında tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR