Azərbaycandakı bankların biri ipoteka kreditləşməsini dayandırıb

Azərbaycandakı bankların biri ipoteka kreditləşməsini dayandırıb
# 09 iyul 2015 10:37 (UTC +04:00)

Bakı - APA-Economics. "AtraBank" ASC ipoteka kreditləşməsinin dayandırıb.

"APA-Economics" xəbər verir ki, yanvar-iyun aylarında bank tərəfindən müştərilərə ipoteka krediti verilməyib.

"Bank tərəfindən nə öz ipoteka proqramı çərçivəsində, nə də ki, İpoteka Fondunun vəsaitləri hesabına kredit verilmir", - deyə banka yaxın olan mənbə bildirib.

Xatırladaq ki, "AtraBank" Azərbaycan İpoteka Fondunun üzvüdür və fondun təqdim etdiyi vəsaitlər hesabına kreditlər verir.

Bununla yanaşı, bank daxili proqramı çərçivəsində ipoteka kreditləri təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR