ATV-nin əməkdaşı bıçaqlanıb

ATV-nin əməkdaşı bıçaqlanıb
# 11 dekabr 2012 07:51 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Bakı şəhər sakini, 27 yaşlı Nemət Eldar oğlu Cəfərov naməlum şəraitdə bıçaqlanıb. Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır-stabil qiymətləndirilir.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, N. Cəfərov Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR