® "AtaBank" “AtaMatik” xidmətini təqdim edib

<font color=red>® </font>"AtaBank" “AtaMatik” xidmətini təqdim edib
# 30 noyabr 2012 09:00 (UTC +04:00)

Bakı – APA-Economics. "AtaBank" ASC ucqar bölgələrdəki vətəndaşlar üçün səyyar bankomat xidməti olan “AtaMatik”i Şəmkir rayonu ərazisində istifadəyə verərək, sosial işçilər, müəllimlər və dövlət qulluğundakı digər işçilər, eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə rahatlıq təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “AtaBank” ASC, daha əvvəl Şəmkir və Gədəbəy rayonları ərazisində pilot layihə olaraq sınaqdan keçirdiyi səyyar bankomat xidməti “AtaMatik”i artıq müntəzəm cədvəllə işə salaraq bölgədəki sosial işçilərə daha yaxın olmağı planlaşdırır.

“AtaMatik”in imkanları bankomat xidməti ilə məhdudlaşmır. Vətəndaşlar “AtaMatik” avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıqlar və təyin olunan əməkdaşlar vasitəsilə bütün bank işlərini rahatlıqla görə bilərlər.

“AtaBank" ASC Biznesin İnkişafı Departamentinin direktoru Elnur Osmanov bildirib ki, layihənin əsas məqsədi bank xidmətləri göstərilməyən, bankomatlar quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətləri səyyar şəkildə göstərməkdir: “Bu məqsədlə xüsusi, yüksək təhlükəsizlik qabiliyyətinə malik və daxilində bankomatlar quraşdırılmış avtomobillər sifariş edilib. Avtomobillər fasiləsiz enerji təchizatı üçün generator, işıqlandırma və rahat istifadə üçün digər lazımi qurğularla təmin olunub”.

Pilot olaraq layihə Şəmkir rayonunun Düyərli və Gədəbəy rayonlarının Zəhmət kəndində həyata keçirilib. Xidmətin əhalinin köməyinə gəlməsini və tez bir zamanda insanların rəğbətini qazanmasını nəzərə alaraq, bankomatla təchiz edilmiş avtomobillərin sayı 4-ə çatdırılıb. Hazırda “AtaMatik” xidmətinin genişləndirilərək Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində də tətbiq olunması planlaşdırılır.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR