BMT-nin regional direktoru: “Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi müasir zamanın əsas tələbidir” - FOTO

BMT-nin regional direktoru: “Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi müasir zamanın əsas tələbidir”   - <span style="color: red;">FOTO
# 15 noyabr 2012 09:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan regionda lider dövlət kimi “yaşıl iqtisadiyyat”ın inkişafında mühüm rol oynayacaq və bunun inkişafına mühüm köməklik göstərəcək. APA-nın xəbərinə görə, bunu BMT-nin ətraf mühit proqramının regional direktoru Jan Dusik bildirib.

Onun sözlərinə görə, “yaşıl iqtisadiyyat”ı inkişaf etdirmək yalnız qəbul olunan sənədlərdən asılı deyil, bunun üçün insanların köməyi də lazımdır.

J.Dusik qeyd edib ki, insanların həyat səviyyəsinin yaxşılaşdırması üçün “yaşıl iqtisadiyyat” dayanıqlı inkişafa söykənməlidir: “Hər kəs başa düşməlidir ki, “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi qanunvericiliyin tələbi yox, müasir zamanın əsas qanunu və tələblərindən biridir. Bu işlərə bütün dünya üzrə 2008-ci ildən başlanılıb. “Yaşıl iqtisadiyyat”ı inkişaf etdirməklə onu mühüm irəliləyişlərə nail olmaq olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR