İranla “altılıq” arasında növbəti görüş noyabrın 21-də Brüsseldə keçiriləcək

İranla “altılıq” arasında növbəti görüş noyabrın 21-də Brüsseldə keçiriləcək
# 17 noyabr 2012 11:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Noyabrın 21-də Belçikanın paytaxtı Brüssel şəhərində İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, K. Eştonun sədrliyi ilə keçiriləcək görüşdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin rəhbərlik etdiyi nümayəndə heyəti və “altılıq” ölkələrinin təmsilçiləri iştirak edəcəklər. Görüşdə İranın mübahisəli nüvə proqramı əsas müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR