Türkiyə İsrailə tətbiq etdiyi vetonu qismən qaldıracaq

Türkiyə İsrailə tətbiq etdiyi vetonu qismən qaldıracaq
# 24 dekabr 2012 14:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Türkiyə İsrailin NATO-dakı fəaliyyətlərdə iştirakı ilə əlaqədar bir müddətdir tətbiq etdiyi vetonu 2013-cü ildə qismən qaldıracaq. APA-nın məlumatına görə, bu barədə Türkiyə xəbər agentlikləri İsrail mətbuatına istinadən məlumat yayıb.

Xəbərdə deyilir ki, Türkiyənin də təsdiqi ilə İsrail artıq NATO-nun ortaq üzvü olaraq ittifaqın seminar və işlərinə qatıla biləcək.

Xatırladaq ki, Türkiyə 2010-cu ilin mayında “Mavi Mərmərə” insidentindən sonra İsrailin bəzi manevrlərə qatılmasına veto qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR