Hadi Rəcəbli: “Gənc ailələr faizsiz və uzunmüddətli ipoteka kreditləri əldə edəcək”

Hadi Rəcəbli: “Gənc ailələr faizsiz və uzunmüddətli ipoteka kreditləri əldə edəcək”
# 19 dekabr 2012 11:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda gənc ailələrə faizsiz və uzunmüddətli ipoteka kreditinin verilməsi, ailədəki iki nəfərdən birinin mütləq şəkildə işlə təmin olunması nəzərdə tutulub.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-ya açıqlamasında bildirib ki, bu məsələlərin hamısı "Gənc ailələrin sosial müdafiəsi" haqqında qanun layihəsində öz əksini tapıb.

Onun sözlərinə görə, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi hər zaman gündəmdədir: “Bununla bağlı bütün problemləri özündə əks etdirən yeni qanun layihəsi artıq Milli Məclisdə müzakirə olunur. Faizsiz kredit veriləcək gənc ailələrin əvvəlcədən sosial durumu müəyyənləşdiriləcək. Bununla yanaşı, sosial durumu yaxşı olan cavan ailələr üçün psixoloji yardımlar olacaq. Bu, çox böyük maliyyə tutumu olan qanun layihəsidir. Ona görə də yeni qanun layihəsini büdcə ilə uyğunlaşdırmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR