Azərbaycan və Türkiyə mütəxəssisləri rezidentura təhsili barədə müzakirələr aparacaq

Azərbaycan və Türkiyə mütəxəssisləri rezidentura təhsili barədə müzakirələr aparacaq
# 14 noyabr 2012 14:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Noyabrın 15-17-də Bakıda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Türkiyə Cümhuriyyəti Ege Universiteti Tibb Fakültəsinin Ortopediya və Travmatologiya kafedrası ilə birgə elmi-praktik konfrans keçiriləcək. APA-nın xəbərinə görə, konfransda ortopediyanın aktual problemlərinə dair məruzələr ediləcək. Türkiyəli aparıcı cərrah – ortopedlər tərəfindən 3 gün ərzində mürəkkəb əməliyyatların aparılması planlaşdırılır.

Dəvət olunanlar sırasında Türkiyədə Ortopediya və Travmatologiya Təhsil Konsiliumunun rəhbəri olmuş professor Semih Aydoğdu da var. S. Aydoğdu azərbaycanlı həmkarları ilə rezidentura təhsili haqda öz biliklərini bölüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR