Avropa Birliyi-Rusiya sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub

Avropa Birliyi-Rusiya sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub
# 21 dekabr 2012 16:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin prezidenti Herman Van Rompey sammitin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

“Həlli uzadılmış münaqişələrin nizamlanması xüsusilə vacibdir. Mən həmçinin Dnestryanı münaqişənin nizamlanmasına dair 5+2 formatında danışıalrın irəliyə aparılmasının vacibliyini vurğuladım və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması gedişindən narahatlığımı ifadə etdim”.

AB prezidenti bildirib ki, təmsil etdiyi qurum və Rusiya birlikdə bu münaqişələrin nizamlanmasına mühüm töhfə verə bilərlər. Qeyd edək ki, sammitdə Avropa Birliyini prezident Herman Van Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo, Rusiyanı isə prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov təmsil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR