AMEA prezidenti “Elm siyasəti haqqında” qanunda alimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müddəaların yer almasını istəyir

AMEA prezidenti “Elm siyasəti haqqında” qanunda alimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müddəaların yer almasını istəyir
# 21 dekabr 2012 09:39 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Milli Məclisdə hazırlanan “Elm siyasəti haqqında” qanun layihəsində alimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müddəaların yer alması yaxşı olardı”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.

Onun sözlərinə görə, layihə yeni hazırlananda AMEA öz təkliflərini bildirib: “Ancaq layihənin yeni variantı AMEA-ya göndərilməyib. Layihədə alimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələsinin həllini tapmasını istərdik. Çox yaxşı olardı ki, gənc alimlər üçün xüsusi “Mənzil proqramı” qəbul olunsun. Bu proqram üçün hər il 1-2 milyon manat vəsait ayrılsın. Bunun hesabına biz gənc alimlərin mənzil problemini qısa zamanda həll edə bilərik. Hesab edirəm ki, bu, gənc alimlərə çox böyük kömək ola bilərdi. Layihədə alimlərin əməkhaqqının artırılması, elmi dərəcəyə görə əməkhaqqına əlavələrin edilməsi əksini tapsa, yaxşı olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR