Azərbaycanda diabet məktəblərinin sayının artırılmasına ehtiyac var

Azərbaycanda diabet məktəblərinin sayının artırılmasına ehtiyac var
# 15 noyabr 2012 14:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda şəkərli diabet xəstəliyinin qarşısını almaq üçün diabet məktəblərinin sayının artırılmasına ehtiyac var. Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov APA-ya açıqlamasında deyib ki, hazırda belə məktəblər olsa da, onların sayı kifayət etmir.

Onun sözlərinə görə, yaxın gələcəkdə belə məktəblərin sayının artırılması insanların bu xəstəlik barədə daha çox maarifləndirilməsinə imkan yaradacaq.

R.Cabbarov qeyd edib ki, şəkərli diabet xəstələrində qadınlar və kişilərin sayı arasında elə də ciddi fərq yoxdur. Xəstəliyin yaşına gəlincə, insanların yaşı artdıqca şəkərin faizi də artır. Mərkəzin direktoru bu sahə ilə məşğul olan endikrinoloji həkimləri işlərində məsuliyyətli olmağa çağırıb: “Bu gün fəaliyyət göstərən həkimlər daha da təkmilləşməli və işlərini müasir tələbələrə uyğun qurmalıdırlar. Elm günü-gündən inkişaf etdiyi, təkmilləşdiyi və dəyişdiyi üçün hər bir kəs öz üzərində davamlı olaraq işləməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR