ABŞ-ın Azərbaycandakı səfiri müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri müxalifət partiyalarının rəhbərləri ilə görüşüb
# 18 dekabr 2012 14:30 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, görüş ənənəvi xarakter daşıyıb və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin Əkbər, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, VHP Ali Məclisinin sədri Rafiq Manaflı, Ziyalılar Forumunun üzvü Mehriban Vəzir və “REAL” Vətəndaş Hərəkatının həmtəsisçisi Erkin Qədirli iştirak edib. Görüş ABŞ səfirliyində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR