Macarıstan səfiri: “Mən həmişə demişəm ki, Ramil Səfərovun məsələsi sırf hüquqi məsələdir”

Macarıstan səfiri: “Mən həmişə demişəm ki, Ramil Səfərovun məsələsi sırf hüquqi məsələdir”
# 05 dekabr 2012 12:38 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. “Ölkələrimiz arasında heç bir anlaşılmazlıq yoxdur. Daim inkişaf edən siyasi əlaqələrimiz yüksək səviyyədədir”. APA-nın məlumatına görə, bu fikirləri Macarıstanın Azərbaycandakı Ticarət Evinin açılışında iştirak edən Macarıstan səfiri Zolt Çutora (Zsolt Csutora) bildirib. Onun sözlərinə görə, Azərbaycan və Macarıstan arasında mədəni, idman sahələrində çox gözəl münasibətlər var və Ticarət Evinin açılışı bu sahədə əməkdaşlığın inkişafına təkan verəcək. Ramil Səfərovun Azərbaycana qaytarılması məsələsinə toxunan səfir deyib ki, bu hadisənin ikitərəfli münasibətlərinə heç bir təsiri olmayıb: “Mən həmişə bildirirdim ki bu, hüquqi məsələdir. Əlaqələrimiz inkişaf edir və bu gün Azərbaycana Macarıstanın “Wizz Air” aviaşirkətin nümayəndə heyəti də gəlib. Hazırda iki ölkə arasında birbaşa aviareysin açılması məsələsi müzakirə olunur. Bir il bundan əvvəl səfirliyimizdə viza şöbəsi açılıb və mən deyə bilərəm ki, ölkələrimizə səfər edən turistlərin sayı get-gedə artır”.

Səfir həmçinin ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə münasibətini açıqlayıb: “Macarıstan həmişə təcavüzə qarşı çıxıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR