Bakıda bir həftə ərzində mindən çox piyada məsuliyyətə cəlb olunub

Bakıda bir həftə ərzində mindən çox piyada məsuliyyətə cəlb olunub
# 27 noyabr 2012 12:29 (UTC +04:00)

Bu sözləri APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsini rəisi Vaqif Əsədov deyib.


Onun sözlərinə görə, Bakı şəhəri ərazisində piyadaların yol qəzalarında iştirakını minimuma endirmək üçün həmçinin piyadaların yeraltı, yerüstü piyada keçidlərindən hərəkətini tənzimləmək məqsədi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Piyadalar diqqətli olun!” devizi altında reydlər keçirir. Noyabr ayının 19-dan 25-nə qədər qayda pozan 1145 piyada məsuliyyətə cəlb olunub: “Məsuliyyətə cəlb olunan piyadalar arasında kişilər üstünlük təşkil edir. Qayda pozan piyadalar 21-50 yaş arasındadır”.

V. Əsədov, həmçinin qeyd edib ki, Bakıda Post Patrul xidmətinin 110 əməkdaşı yeraltı, yerüstü keçidlərin qarşısında xidmət aparır: “Yol hərəkətini pozan piyadalar yol hərəkəti haqqında qanunun 40-cı maddəsinə əsasən, məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə görə piyada keçidlərindən istifadə etməyən piyadalar 20 manat cərimə olunur. İlin əvvəlindən bu günə kimi 22 min piyada cərimə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR