Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,7% enib
# 17 dekabr 2012 06:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 135 bəndədək, S&P 500 0,4% - 1 414 bəndədək, Nasdaq 0,7% - 2 971 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına demokratlar və respublikaçılar arasında büdcə kəsiri və dövlət borcu ilə bağlı aparılan danışıqlarda hələ də kompromisə nail olunmaması amili təsir göstərib.

Avropa fond bazarlarında dekabrın 14-də FTSE 100 indeksi 0,1% - 5 922 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 7 597 bəndədək, Fransa CAC-40-ı 0,004% - 3 643 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 692,2 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3159 (+0,5%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR