Kürd peşmərgə birləşmələri Mosul SES-i ələ keçiriblər

Kürd peşmərgə birləşmələri Mosul SES-i ələ keçiriblər
# 18 avqust 2014 12:37 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Kürd peşmərgə birləşmələri İraqın ən böyük su elektrik stansiyası olan Mosul SES-i ələ keçiriblər.

APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, ABŞ hərbi təyyarələrinin hava zərbələrindən sonra “İslam dövləti” qruplaşmasının dəstələri geriləyib və onların bir sıra mühüm mövqeləri peşmərgələr tərəfindən ələ keçirilib.

Kürd muxtariyyətinin sözçüsü Fuad Hüseyn bildirib ki, ən qısa zamanda peşmərgələr bütün Mosula nəzarət edəcəklər.

Ötən gecə ABŞ-ın “İslam dövləti”nin mövqelərinə 14 hava zərbəsi endirdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR